AZ

Paşinyan Ermənistanda Türkiyə və Azərbaycana qarşı qərəzli fikirlərin mənbəyini açıqladı - "...Rusiya tərəfindən uydurulub"


Parlamentdə Türkiyə-Ermənistan münasibətləri ilə bağlı sualı cavablandıran Ermənistanın Baş naziri Nikol Paşinyan illərdir davam edən gərginliyə aydınlıq gətirib.

Paşinyan Türkiyə və Azərbaycana qarşı illərdir davam edən qərəzli fikirlərin mənbəyinin Rusiya və Sovet dövrünün təbliğatı olduğunu bildirib.

"Türklərə dair təsəvvürümüz Rusiya tərəfindən uydurulub" deyən Paşinyan iki ölkə arasında dərin kök salmış qərəzli fikirlərin xarici qüvvələr tərəfindən formalaşdığını bildirib.

Paşinyan Ermənistan cəmiyyətinin düşüncə tərzinin Sovet dövründən miras qalmış nümunələr əsasında formalaşdığını deyib: “KQB agentləri tərəfindən bizim üçün formalaşdırılan dünyagörüşündən azad olmalıyıq. Tarixdən dərs çıxarmaq istəyiriksə, bu düşüncədən ayrılmalıyıq. Qonşularımızla yaxşı münasibətlər qurmalıyıq”.

Paşinyan Azərbaycandan Türkiyəyə tranzit daşımaları üçün ərazisini açmağa hazır olduğunu bildirib və əlavə edib ki, Türkiyə ilə danışıqlar müsbət irəliləyir və qapılar “yaxın gələcəkdə” açıla bilər.

TAHİR

Seçilən
33
baki-xeber.com

1Mənbələr