31 oktabr - 2 noyabr 2025-ci il tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində, Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə "Yeni Texnologiyalar 2025" adlı elmi konfrans keçirilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, iki gün ərzində kanfrans çərçivəsində pasiyent təşkilatları və səhiyyə işçilərinin iştirakı ilə qanaxmaların müalicəsi, xəstəliyin verdiyi fəsadların aradan qaldırılması və gen terapiyası mövzularında ən son yeniliklərdən dünyanın tanınmış həkim mütəxəssisləri və alimləri çıxışlar etmişlər.
Qeyd edək ki, Azərbaycandan elmi konfransa Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov və Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Gülay Qurbanzadə qatılmışlar.