Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, qapanış matçı Masazırda baş tutacaq.

"Sabah" klubu "Qəbələ"ni qəbul edəcək.

"Bayquşlar" hazırda 15 xalla 7-ci yerdədir. "Qırmızı-qaralar" isə 5 xalla 10-cudur.

Misli Premyer Liqası, X tur

3 noyabr (bazar ertəsi) 

19:30 “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”