AZ

Tramp: Şatdaunu bitirməyəcəm

Tramp: Şatdaunu bitirməyəcəm

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, federal hökumətin maliyyələşməsinin dayandırılması – şatdaunun aradan qaldırılması üçün Demokratlar Partiyası ilə heç bir sövdələşməyə getməyəcək.

AFN.az xəbər verir ki, "CBS News"un jurnalisti Trampın əvvəllər kompromislər taparaq şatdaunlardan yayınmağı bacardığını xatırladıb. “Bəli, mən bu işdə çox yaxşıyam. Amma Demokratlar Partiyasının şantajına boyun əyməyəcəyəm. Onlar öz yollarını itiriblər. Bu insanlarla nəsə qaydasında deyil,” – deyə Tramp cavabında bildirib.

Prezident həmçinin ABŞ Senatındakı demokrat azlığın lideri Çak Şumeri “ümidsiz şəxs” adlandırıb: “Onun itirəcək heç nəyi yoxdur... O, kamikadze pilotuna çevrilib”.

Bununla belə, Tramp əmin olduğunu bildirib ki, yaxın vaxtlarda şatdaun başa çatacaq və hökumətin maliyyələşməsi bərpa olunacaq: “Biz bu məsələni həll edəcəyik. Axırda onlar (demokratlar) səs verməyə məcbur qalacaqlar”.

Xatırladaq ki, ABŞ federal hökumətinin maliyyələşməsi 1 oktyabrdan dayandırılıb. Buna səbəb Konqresdə Respublikaçılarla Demokratlar arasında bir sıra xərclər – o cümlədən səhiyyə sahəsindəki büdcə maddələri üzrə razılığın əldə olunmaması olub.

Hər iki tərəf şatdauna görə bir-birini ittiham edir və qarşı tərəfi bu vəziyyətdən siyasi məqsədlərlə istifadə etməkdə günahlandırır.

Seçilən
25
afn.az

1Mənbələr