Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.