AZ

Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək

BAKI, 3 noyabr. TELEQRAF

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" məlumat yayıb.

Bildirilib ki, Beştepedə baş tutacaq toplantıda əsas müzakirə mövzuları Qəzzada atəşkəs prosesi, İsrailin bölgədəki fəaliyyətləri və terrorla mübarizə olacaq.

Humanitar yardım məsələsi də gündəmdə olacaq. Ankara Qəzzaya yardımın sürətli və fasiləsiz çatdırılmasını prioritet sayır. Bununla yanaşı, Fələstin xalqının legitim hüquqlarının qorunması və iki dövlətli həll vizyonunun gücləndirilməsi istiqamətində Türkiyənin beynəlxalq tərəfdaşlarla apardığı diplomatik fəaliyyət masaya yatırılacaq.

Toplantıda, həmçinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində görülən işlər müzakirə ediləcək. PKK terror təşkilatının Türkiyədən çəkilmə qərarı ilə bağlı son vəziyyət dəyərləndiriləcək.

Seçilən
45
teleqraf.com

1Mənbələr