AZ

10 yaşlı qız sahildə gəzərkən 220 milyon il əvvələ aid nəhəng dinozavrın ayaq izlərini tapıb

Cənubi Uels sahillərində 10 yaşlı Teqan adlı qız anası ilə gəzərkən təxminən 220 milyon il əvvələ aid mükəmməl şəkildə qorunmuş beş dinozavr ayaq izi kəşf edib.

QHT.az xəbər verir ki, hadisə Qlamorqan Vadisi yaxınlığında – məşhur fosil zonasında baş verib. Teqan qırmızımtıl qayada sol-sağ ardıcıllığı ilə düzülmüş izləri görüb, anası isə şəkilləri Uels Milli Muzeyinə göndərib. Muzeyin paleontologiya kuratoru Cindi Xouls izlərin Sauropodomorpha ailəsinə aid, təxminən 3 metr hündürlükdə və 5 metr uzunluqda olan Camelotia cinsinə məxsus ot yeyən dinozavra aid olduğunu bildirib.

 

R.İmanov

Seçilən
20
qht.az

1Mənbələr