AZ

Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər? - Siqaret çəkənlərin NƏZƏRİNƏ - VİDEO

Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla yasaqlansa da, hələ də bir çox insan bu qadağanın hansı məkanlara aid olduğunu tam bilmir.

Day.Az xəbər verir ki, paytaxtda aparılan sorğular göstərir ki, bəziləri qanunun tələblərindən xəbərdardır, digərləri isə bu barədə məlumatsızdır.

Şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi vətəndaşlar siqareti tam söndürmədən bu qablara atırlar ki, bu da yanğın təhlükəsi yaradır.

Qanunvericiliyə əsasən, təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ərazilərində, idman yarışlarının keçirildiyi binalarda və meydanlarda, eləcə də kafe, restoran, ticarət və məişət obyektlərində siqaret çəkmək qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə görə, küçədə siqaret kötüyünü yerə atanlara 300 manatadək cərimə tətbiq edilir.

Mövzu ilə bağlı daha ətraflı məlumat Azad Azərbaycan (ATV)-nin videomaterialında təqdim olunub.

Seçilən
42
day.az

1Mənbələr