Qubadlı şəhər gününün qeyd edilməsi ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad edilməsi bizim hərbi qələbəmizin təmin olunmasında çox mühüm əhəmiyyətə malikdir:
"Əlbəttdə cənab Prezidentin 26 noyabr 2020-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı təsis etməsi Qubadlının azad olunmasında iştirak edən Silahlı Qüvvələrdə xidmət edən hər bir şəxs üçün qürurvericidir".