AZ

DİN-dən xəbərdarlıq: Məlumatlarınızı paylaşmayın!

Ajans.az xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin vətəndaşlara çağırışında yer alıb. "Bankdandır, kodu təcili verin", "endirim üçün linki paylaşın", "təcili yoxlama tələb olunur, məlumatları göndərin", "nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin", "kartınız bloklanacaq, təsdiq üçün linkə keçin", "hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin", "sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin" və bunlar hamısı bir məqsədə xidmət edir - məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir.

Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və DİN-in "102" Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər", - çağırışda vurğulanır.

Seçilən
1
34
Ajans.az

10Mənbələr