Rusiyanın Sverdlovsk vilayətində cinayətkar və “qanuni oğru” Georgi Akoyev həbs edilib. O, kriminal aləmdə “Qiya Sverdlovski” kimi tanınır.
AzPost bildirir ki, bu barədə Yekatrinburq vilayət məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatında deyilir.
Sverdlovsk vilayətinin Verx-İsetski Rayon Məhkəməsi onun barəsində 30 dekabra qədər həbs qətimkan tədbiri seçib.
Hüquq-mühafizə orqanları hələlik Akoyevin həbsi və ya ona qarşı qaldırılan iş barədə şərh verməyib. Mediada yayılan məlumatlara görə, o, 31 oktyabrda Yekaterinburqun elit yaşayış komplekslərindən birində tutulub. O, nəşrlərdə həmçinin cinayətkar avtoritet Aslan Usoyan-“Ded Xasanın qardaşı oğlu” kimi də xatırlanır.