AZ

Serbiyada gərginlikdir - polis 37 nəfəri həbs edib


Serbiya polisi Belqradda parlament binası qarşısında baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 37 nəfəri saxlayıb. Bu ölkənin Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları iğtişaşlarda iştirak edən bütün şəxsləri müəyyənləşdirməyə və saxlamağa davam edir.
Prezident Aleksandar Vuçiç etirazçıları hökumət tərəfdarlarının çadırlarına pirotexniki vasitələrlə hücum etməkdə, eləcə də ölkənin yeddi şəhərində hakim Serbiyanın Tərəqqi Partiyasının ofislərinə hücumda təqsirləndirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələrdə bir polis əməkdaşı yaralanıb.

Mətləb

Seçilən
13
1
baki-xeber.com

2Mənbələr