AZ

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI

Bakı. Trend:

Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin “İnstagram”sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 15,46 faizbəndi artaraq, 35,77 faiz təşkil edib.

Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadənxəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabatayında bu platformanın payı aylıq ifadədə 4,37 faiz bəndi azalaraq,28,33 faizə çatıb.

Siyahıda üçüncü yerdə 20,49 faizlə “YouTube” gəlir (əvvəlki aylamüqayisədə 7,16 faiz bəndi çox).

Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsigəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,67 faiz bəndiartaraq, 7,76 faiz təşkil edib.

“X” media platforması 5,24 faizlə Azərbaycanın sosial şəbəkələrbazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində18,01 faiz bəndi az).

Reytinqdə altıncı yeri 1,44 faiz göstərici ilə “Linkedin” tutub(əvəlki ayla müqayisədə 0,84 faiz az).

Digər sosial şəbəkələrin payı 1,33 faiz təşkil edib.

Seçilən
36
9
az.trend.az

10Mənbələr