AZ

Xırda rayonlar birləşdirilir?- Vacib AÇIQLAMA+VİDEO

Müsahibələrimdən birində Azərbaycanın inzibati ərazi bölgüsü barədə danışarkən təklif etmişdim ki, rayonlarımız həddindən artıq çoxdur. Təklif etmişdim ki, onların bəzilərini eyni rayonda birləşdirib həm büdcəyə qənaət etmək, həm də bürokratik əngəlləri aradan qaldırmaq olar. Fikrimcə, Azərbaycanın neftdən və qazdan gələn gəlirləri azaldığından bu cür islahatlara getməyi qaçılmazdır. Misal olaraq da Azərbaycanın ən kiçik rayonlarından biri kimi Sədərəyin adını çəkmişdim. Görünən budur ki, mənim bu misalım Sədərəkdə ciddi narazılıq yaradıb. Mənə zəng edən Sədərək sakinləri niyə onların rayonlarını misal çəkdiyimə görə iradlarını bildirirlər.
Bir daha mövqeyimə aydınlıq gətirmək istəyirəm. Mən Sədərəyi ən balaca rayonlardan biri kimi örnək göstərmişəm. Bildirmişəm ki, Sədərəyin 3 kəndi var, 1-i də (Kərki kəndi) erməni işğalı altındadır. Şikayətçilərin etirazından sonra Vikipediyaya baxıram, sən demə Sədərəyin 3 yox, 4 kəndi varmış - Dəmirçi; Kərki; Qaraağac; Sədərək. Onlardan biri hazırda erməni işğalı altındadır və bu kənddə heç bir Azərbaycan vətəndaşı yaşamır. Etirazları təşkil edən Sədərək rayonunun icra hakimiyyəti erməni işğalçılarını da öz sakinləri sayırsa, mənim buna printenziyam yoxdur. Prezident bilər, “canişin” və onun icra başçısı olan xalası oğlu bilər.
Vikipediyada həm də o qeyd olunur ki, Sədərəyin 23 min əhalisi var. 1634 hektar ərazisi olan Masazır kəndinin isə 100 min nəfərə yaxındır. Sədərək rayonunda isə cəmi 23 000 sakin qeydiyyatdadır. Azərbaycanın başqa rayonlarının əhalisi barədə danışmaq istəmirəm.
Şəxsinə və yaradıcılığına böyük sayğı duyduğum böyük şair Kəmaləddin Qədim də mənə etiraz edənlər arasındadır. Dəyərli ziyalımız videoya çəkib mənə göndərdiyi video-iradında bildirib ki, Sədərək Ermənistanla sərhəddə yerləşdiyindən 1990-cü illərdə oraya rayon statusu verilməsi zərurətə çevrilmişdi. Çünki rayonda yaradılacaq polis idarəsi rayonun müdafiəsində mühüm rol oynaya bilərdi.
Kəmaləddin bəylə razıyam və o ağır günləri mən də xatırlayıram. Amma artıq o dövr keçmişdə qalıb və Azərbaycanın əraziləri Ordumuz tərəfindən etibarlı qorunur. Başqa sözlə, bu zərurət də ortadan qalxıb. Mənim dediyim isə təkcə Sədərəklə bağlı deyil. Mənim fikrincə, Naxçıvanın 7 rayonu da bir rayon ətrafında birləşdirilməlidir. Necə ki, yarım milyona yaxın əhalisi olan Abşeron bir rayona tabedir. Naxçıvanın real əhalisi isə bundan çox deyil.
Şair dostum Kəmaləddin Qədimin mənə göndərdiyi irad dolu video-müraciətini sizinlə bölüşürəm.
Heydər Oğuz, publisist
Seçilən
14
news365.az

1Mənbələr