BAKI, 3 noyabr. TELEQRAF
Almaniyanın "Bavariya" klubu illik gəlirini açıqlayıb.
Teleqraf xəbər verir ki, Münhen təmsilçisi 2024/25 maliyyə ilini 978,3 milyon avroluq konsolidasiya edilmiş gəlirlə başa vurub.
Bu, əvvəlki ilə nisbətən 2,8% artım deməkdir və klub üçün rekorddur.
"Bavariya"nın hesabat dövründə əməliyyat mənfəəti 11,3% artaraq 187,8 milyon avroya çatıb.
Vergidən əvvəlki mənfəət 42,5 milyon avro, xalis mənfəət isə 27,1 milyon avro təşkil edib.