Lionel Messi növbəti il keçiriləcək Dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz milli komandada oynamağın həmişə xüsusi olduğunu bildirib:

“Yığmanın formasını geyinmək həmişə xüsusidir, xüsusən də dünya çempionatında. Düşünürəm ki, bu turnir unikal olacaq. Təşkilatçılıq səviyyəsi yüksək olsa da, ölkələrarası məsafələr bir qədər yorucu ola bilər. Amma bəli, yenidən mundialda oynamaq və qazandığımız titulu qorumaq möhtəşəm olardı”.