futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Sumqayıt” Premyer Liqanın X turunda “Araz-Naxçıvan”ı məğlub edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə “kimyaçılar” əmzkar qələbəyə sevinib – 3:2.
Ümumi görüşdə üstünlük “Sumqayıt”da idi. “Kimyaçılar” hər iki hissədə daha çox topla oynayan, daha çox hücum edən tərəf oldu. “Araz-Naxçıvan”ın 0:1-dən sonra geridönüş edərək hesabı 2:1 etməsinə baxmayaraq, “kimyaçılar” 10 dəqiqə ərzində üstünlüyü ələ keçirməyi bacardı. Əvvəlcə Ronaldo, daha sonra Kehat fərqlənməklə “Sumqayıt”a 3:2 hesablı qələbə qazandırdı.
“Araz-Naxçıvan”da isə effektivlik aşağıdır. Oyun ərzində 3-4 qol epizodu yaradan naxçıvanlılar səfərdə hesab üstünlüyünü qoruya bilmədi. Müdafiədəki kompakt oyunu ilə seçilən komanda bu dəfə üç qola üzüldü. Arxa xəttdəki boşluqlar, oyunçuların mövqe seçimlərində səhvə yol verməsi həlledici oldu.
“Sumqayıt” qələbə sayəsində xallarını 17-yə çatdırdı və “Araz-Naxçıvan”ı turnir cədvəlində üstələdi. 4-cı sırada yer alan “kimyaçılar” lider “Turan Tovuz”dan 4 xal geri qalır. “Araz-Naxçıvan” isə 16 xalla 5-cidir.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.