AZ

Araqçi: İran Yaxın Şərqdə istənilən ssenariyə hazırdır...

Tehran hərbi hazırlığını gücləndirib və ABŞ ilə dialoqa “bərabər əsasda” açıqdır…

Poliqon xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “Al Jazeera” telekanalına verdiyi eksklüziv müsahibədə bildirib. İran XİN rəhbəri qeyd edib ki, ölkəsi Yaxın Şərqdə istənilən hadisə inkişafına, o cümlədən İsraillə son 12 günlük müharibənin təkrarlanmasına tam hazırdır.

Araqçinin sözlərinə görə, İran Silahlı Qüvvələri əhəmiyyətli dərəcədə gücləndirilib, hazırlıq səviyyəsi yüksəlib və qarşı tərəfin zəif cəhətləri müəyyən edilib ki, bu da “mümkün təcavüzə” effektiv cavab verməyə imkan yaradır.

Arqçi qeyd edib ki, Tehran qarşılıqlı maraqlar əsasında ABŞ ilə danışıqlara hazırdır, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri “ağlabatan və ədalətli” saymır. Nazir xüsusilə uranın zənginləşdirilməsinin dayandırılması və İranın raket proqramına məhdudiyyətlər qoyulması tələblərinin qəbuledilməz olduğunu vurğulayıb.

Araqçi həmçinin bildirib ki, danışıqların forması, birbaşa və ya dolayı yolla aparılması əsas məsələ deyil.

“Əsas olan ədalət və qarşılıqlı faydadır”, deyə nazir vurğulayıb.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr