AZ

Qarabağ Universiteti: Şuşa və Xocalıda fakültələr nə vaxt açılacaq?

Ötən il rektor Şahin Bayramov Qarabağ Universitetinin incəsənət və turizm fakültələrinin Şuşaya köçürülməsini qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Şuşada kampusun açılması və Xocalı şəhərində Qarabağ Universitetinin Kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Maraqlıdır, bu fakültələrin növbəti tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulurmu?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Qarabağ Universitetinə sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda sorğuda qeyd olunan məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib:

"Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcəkdir",-deyə qeyd edilib. 

Qeyd edək ki, bu il Qarabağ Universitetində 2 000-dən çox tələbə təhsil alır. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə qəbul olunub.

Seçilən
28
azedu.az

1Mənbələr