AZ

Salah Lemparda çatdı

style='margin-bottom:10px;'>

"Liverpul"un cinah futbolçusu Məhəmməd Salah özünün yeni uğuruna imza atıb. 

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu Premyer Liqanın 10-cu turunda "Aston Villa" ilə matçda qol vurub. Nəticədə Salah çempionatdakı məhsuldar hərəkətlərinin sayını 279-a çatdırıb (190 qol və 89 məhsuldar ötürmə).

Bununla da o, "Çelsi"nin əfsanəvi futbolçusu Frenk Lemparda çatıb - 177 qol və 102 məhsuldar ötürmə. Salah hazırda yalnız Ueyn Runi (311 məhsuldarlıq) və Alan Şirerdən (324 məhsuldarlıq) geri qalır.

Həmçinin Salahın bu qolu onun "Liverpul"un heyətində bütün yarışlardakı 250-ci qoludur.

Xatırladaq ki, misirli forvard 2017-ci ildən "mersisaydlılar"ın formasını geyinir.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr