İtaliyanın “Napoli” klubu “Mançester Yunayted”in gənc futbolçusu Kobbi Maynunu heyətinə qatmaq istəyir.
İdman.Biz “Daily Mirror”a istinadla xəbər verir ki, Neapol təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 2026-cı ilin yanvarında icarəyə götürmək niyyətindədir. “Napoli” hətta futbolçunun həftəlik 40 min avroluq maaşını tam şəkildə ödəməyə razıdır.
Maynu bu mövsüm əsas heyətdə kifayət qədər şans qazana bilmədiyi üçün komandadan ayrılmaq istəyir. Gənc futbolçu 2026-cı il dünya çempionatında İngiltərə yığmasının heyətində yer almağı hədəfləyir.
Qeyd edək ki, Kobbi Maynunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.