AZ

Yaponiyada amerikalı dəniz piyadası həbs olunub

Bakı. Trend:

Yaponiyanın Naha şəhərində ABŞ dəniz piyadaları korpusunun hərbiqulluqçusu həbs olunub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə yarısı restoranın qarşısındakı küçədəbaş verib. Həmin şəxs yerli restoranın ofisiantına qarşızorakılıqda ittiham olunur. ABŞ-nin Okinava prefekturasının Urasoeşəhərində yerləşən “Camp Kinser” adlı logistika bazasında xidmətedən 37 yaşlı baş gizir spirtli içki qəbul etdikdən sonra yerlirestoranlardan birinin ofisiantına hücum edib və onun boğazındantutub.

Qeyd edək ki, Yaponiyanın Okinava adasında ABŞ SilahlıQüvvələrinə məxsus obyektlərin ümumi sahəsinin 70 faizdən çoxuyerləşir, o cümlədən ABŞ-dan kənarda yerləşən ən böyük hərbi-havabazası – Kadena bazası da burada fəaliyyət göstərir.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr