AZ

Qızıl unitaz hərraca çıxarılır –10 milyon dollar qiymət qoyulub

İtalyan rəssam Maurizio Kattelan tərəfindən hazırlanmış qızıl unitaz noyabr ayında Sotheby’s hərrac evində satışa çıxarılacaq.

AzPost The Wall Street Journal (WSJ) qəzetinə istinadən bildirir ki, təxminən 101 kq çəkidə olan qızıl unitaz üçün başlanğıc qiymət 10 milyon dollardır.

Maurizio Kattelan banan və yapışqan lentdən ibarət “Komik” instalyasiyası ilə tanınan müasir sənətkardır. 18 karatlıq qızıldan hazırlanmış unitazın çəkisi təxminən 101 kq təşkil edir. Əsərin başlanğıc qiyməti 10 milyon dollardır. Lakin WSJ-nin məlumatına görə, Sotheby’s son qiymətin daha yüksək olacağını gözləyir. Cattelan-ın tam işləyən unitazı 18 noyabrda hərraca çıxarılacaq.

Wall Street Journal-a verdiyi şərhdə Sotheby’s-in nümayəndəsi David Halperin qızıl unitazın satışdan əvvəl hərrac evinin Manhettendəki qərargahında quraşdırılacağını bildirib. Nəşrin məlumatına görə, potensial alıcılara onu yerində yoxlamağa icazə veriləcək, lakin istifadə etməyə icazə verilməyəcək.

Sotheby’s-də hərraca çıxarılacaq tualet rəssamın ikinci versiyasıdır. O, 2017-ci ildə onu əldə edən şəxsi kolleksiyaçıya məxsusdur.

AzPost.az

Seçilən
36
azpost.info

1Mənbələr