Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi peyk görüntülərinə əsaslanaraq yayıb.
Məlumata görə, Puerto Rikoda uzun illər fəaliyyətsiz qalan Ruzvelt-Rouds adlı ABŞ Hərbi Dəniz Qüvvələri bazasında 7 sentyabr tarixindən tikinti işlərinə başlanılıb. Ərazidə uçuş-enmə zolağına çıxan yolların bərpası və yenilənməsi istiqamətində işlər görülür.
Bundan əlavə, ABŞ hakimiyyəti Puerto Riko və ABŞ Virgin adalarına daxil olan Sent-Krua adasındakı hava limanlarının infrastrukturunu da genişləndirməyə başlayıb.
Ekspertlər bu addımı Vaşinqtonun regionda mümkün əməliyyatlara hazırlaşması kimi qiymətləndirir. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31