Bakı. Trend:
Cari ilin oktyabr ayında “Google” Azərbaycanın ən populyaraxtarış sistemi kimi mövqeyini qoruyub saxlayıb və onun payı 81,92faiz təşkil edib.
Trend-in "GlobalStats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, “Google”unpayı cari ilin sentyabr ayı ilə müqayisədə 0,99 faiz azalıb .
“Yandex” axtarış sisteminin payı isə hesabat dövrü ərzində,əksinə 0,99 faiz bəndi artaraq, 15,63 faiz təşkil edib.
Digər yandan, oktyabr ayında “Bing”in payında cüzi artım qeydəalınıb; 0,08 faiz bəndi - 1,49 faizə qədər artıb. “Yahoo” axtarışsisteminin payı isə 0,09 faiz bəndi – 0,43 faizə qədər azalıb.