AZ

“Xaricə gedənlər özlərinin başqa versiyasını görmək istəyirlər” – Nura Suri

“Azərbaycanda yetərincə gözəl yerlər, zəngin təbiət, tarixi məkanlar, muzeylər, dağ və dəniz istirahət zonaları, eləcə də keyfiyyətli otellər, restoranlar və mağazalar var. Amma bir çoxu son qəpiyinədək xərcləyib, borca girib, bəzən hətta oteldən çölə çıxmadan Antalyaya, Bodruma və sair yerə getməyə can atır. Niyə?”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O qeyd edib ki, insanlar xaricə gedəməklə şəhərləri yox, özlərinin başqa versiyalarını görməyə can atırlar: pizza hut

“Əslində, bu, sadəcə “səyahət istəyi” deyil, psixoloji qaçış mexanizmidir. Çoxu xaricə gedəndə oradakı şəhərləri yox, özlərinin başqa versiyasını görmək istəyirlər. Gündəlik həyatın gərginliyi, sosial təzyiq, maddi sıxıntı, ailə və iş problemləri içində boğulan insan beynində belə bir fikir formalaşır: “Başqa yerdə olsam, hər şey fərqli olardı.”

Bu, psixologiyada “temporary identity shift”, yəni müvəqqəti şəxsiyyət dəyişimi adlanır. Xaricdə insan daha az tanınır, daha az mühakimə olunur, azadlıq hissi yaranır. Bu azadlıq real deyil, qısamüddətli illüziyadır, amma beyində xoşbəxtlik və yüngüllük hissi yaradır”.

İfaçı bu hisləri müxtəlif sindromlara bölüb:

“Uzaqda olan daha gözəldir” sindromu. İnsan doğma olanı tez adiləşdirir. Öz ölkəsindəki dəniz, dağ, restoran, hətta tarixi məkan artıq “adi” gəlir. Amma eyni mənzərə, eyni günəş başqa ölkədə daha cazibədar görünür. Bu, psixoloqların dediyi “romantizasiya effekti” və “kontrast effekti” ilə bağlıdır - beyin dəyişiklik hissini xoşbəxtliklə səhv salır. Yəni dəyişən təkcə mənzərədir, amma biz bunu xoşbəxtlik kimi qəbul edirik. Bura həm də sosial faktorlar daxildir.

Səyahət çoxları üçün istirahət yox, özünü təsdiqləmə formasıdır. İnsanlar xaricdə çəkilən şəkillərlə, paylaşımlarla sanki “mən də fərqli həyat yaşayıram” mesajı verirlər”.

Müğənni bildirib ki, xaricə səyahət edən insanlar özlərini daha azad hiss edirlər:

“Bəzən səyahət real istirahətdən çox, ictimai imic üçündür. Bəzi turistlər hətta tur alanda “bizimkilər olmasın” deyə vurğulayırlar - çünki başqa yerdə özlərini “daha səviyyəli”, “daha azad” hiss etmək istəyirlər. Bu, təəssüf ki, öz xalqından və mühitindən psixoloji uzaqlaşma halıdır. Bəziləri xaricə gedəndə çox vaxt təbiətə, şəhərə və ya mədəniyyətə yox, öz iç dünyalarına fasilə vermək istəyirlər. Bu, bir növ “mən buradan çıxım, bəlkə özümü orada taparam” hissidir. Amma çox vaxt qaçdığımız yer başqası deyil - özümüzük. Əsl səyahət bəzən bilet, otel və sərhədlərlə yox, öz daxilinə qayıtmaqla başlayır”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
22
1
yenisabah.az

2Mənbələr