AZ

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin "Maariv" qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il üçün artım proqnozlarını araşdırıb.

Turkustan.az xəbər verir ki, hesablamalara görə, Misir gələn il 4,3, Türkiyə 3,5, İsrail isə bu rəqəmdən geri qalaraq 2,5 faiz böyüyəcək.

Qəzetin hesabatında Türkiyə və Misirin regional rəqabətdə İsraildən üstün olacağı vurğulanıb. Qeyd edilib ki, bu iki ölkə İsrail iqtisadiyyatını sarsıdaraq, onu toz halına salıb.

Qəzet Türkiyənin iqtisadi sahədə əldə etdiyi güclənmə, eləcə də Böyük Britaniya ilə imzalanmış "Eurofighter Typhoon" qırıcı təyyarələrinin alınması müqaviləsinə toxunub. Bildirilib ki, milyardlarla dollarlıq bu müdafiə müqaviləsi iki NATO müttəfiqi arasında əlaqələri gücləndirib və Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

Bununla yanaşı, İsrailin bölgədə rəqib kimi gördüyü Türkiyə ilə Misir arasındakı münasibətlərin gücləndiyi də vurğulanıb. Məqalədə ötən ay Aralıq dənizində keçirilən birgə hərbi təlim bu yaxınlaşmanın əlamətdar nümunəsi kimi şərh olunub./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
icma.az

3Mənbələr