AZ

Zəfər yalnız tarixi hadisə deyil, həm də həmrəy olmağın göstəricisidir- ÖZƏL

Azərbaycanın əldə etdiyi zəfər yalnız hərbi və siyasi uğurla məhdudlaşmır, həm də cəmiyyətimiz üçün mənəvi və sosial əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Belə nailiyyətlər milli birlik, həmrəylik və vətənpərvərlik ruhu ilə mümkün olmuşdur. Zəfərin beş ili həm də xalqımızın iradəsini, əzmini və gələcəyə baxışını simvolizə edir və gənclər üçün böyük bir ilham mənbəyidir. Bu kimi tədbirlər həm gənclərin tarixi və milli dəyərlərlə bağlı məlumatlılığını artırmaq, həm də onların ictimai şüurunu formalaşdırmaq baxımından əvəzsiz rol oynayır.  Zəfərin beş ili bizə xatırladır ki, uğurlar yalnız fərdlərin səyləri ilə deyil, həm də toplumun birliyi və kollektiv məsuliyyəti nəticəsində əldə olunur. Bu baxımdan cəmiyyətin müxtəlif təbəqələri arasında maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır. Bu, həm də ictimai məsuliyyət anlayışının gücləndirilməsinə xidmət edir. Zəfər yalnız tarixi bir hadisə deyil, həm də gələcək üçün örnək, birgə işləməyin, həmrəy olmağın və məqsədlərə nail olmağın göstəricisidir. Bu naliyyət cəmiyyətimizdə pozitiv təsirlər yaratdı, insanların ümid və əzmkarlıq ruhunu gücləndirdi. Odur ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, tarixi və milli dəyərlərin təbliği, ictimaiyyətin birləşdirilməsi və birlikdə fəaliyyətin əhəmiyyəti xüsusi önəm daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr