"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 10-cu turunda "Bornmut"la oyundakı (3:1) qol sevincinə münasibət bildirib.
Publika.az xəbər verir ki, norveçli futbolçu həmin görüşdə dubl edib və qollardan birini robot rəqsi ilə qeyd edib. "Artıq bunu gizlədə bilmirdim", — deyə Holand sosial şəbəkədə yazıb.
Cari mövsümdə Haaland "Mançester Siti"nin heyətində 10 oyunda 13 qol vurub.
Heybət