AZ

Derbi həyəcanı: Fantastik bir geri dönüş etdik

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Fənərbağça"nın yarımmüdafiəşisi İsmayıl Yüksek səfərdə "Beşiktaş"ı 3-2 hesabı ilə məğlub etdikdən sonra açqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, möhtəşəm matçda layiqli mübarizə apararaq qalib gəldiklərini deyib.

O bildirib ki, 2-0 hesabı ilə geriyə düşdükləri oyunda toparlanmaq asan olmasa da, bunu mübarizlikləri ilə bacarıblar: "Fantastik bir geri dönüş etdik. Çox anlamlı və tarixi bir qələbə oldu. Bu, böyük bir iradə sayəsində gerçəkləşdi.. Sona qədər "Fənərbağça"ya layiq mübarizə apardıq. Allaha şükür ki, yaxşı bir qələbə qazandıq. Ümid edirəm ki, bu şəkildə davam edəcək. Daha çox çalışacağıq və daha yaxşı performanslar göstərəcəyik".

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
mia.az

1Mənbələr