Tərkibində alkoqol olan konfetlər sağlamlığınız üçün təhlükəlidir.
AzPost bildirir ki, bbu barədə narkoloq-həkimlər xəbərdarlıq edirlər. Onlar likör əsaslı konfetlərə aludəçiliyin alkoqolizm riskini artırdığını deyirlər.
Konfetlərin özləri asılılıq yaratmasa da, tez-tez istehlak etmək əsl alkoqola keçidi asanlaşdıra bilər.
Kim spirtli konfet yeyə bilər?
Bu, olduqca qeyri-adi bir konfetdir. Buna görə də bir çox insan hər kəsin spirtli konfet yeyə biləcəyini və zərərli olub-olmadığını düşünür. Təcrübələr göstərib ki, bu konfetlərin çox miqdarda yeyilməsi asanlıqla sərxoşluğa səbəb ola bilər.
Lakin bəzi insanlar spirtli konfetlərdən tamamilə çəkinməlidirlər. Bunlara uşaqlar, hamilə qadınlar, sürücülər, müəyyən tibbi problemləri olan insanlar və ya spirtli içkilərlə uyğun olmayan müəyyən dərmanlar qəbul edənlər daxildir.