AZ

Regional Kollecdə qalmaqal böyüyür – TRİO-nun Sevdası “qoruyucu mələk” rolunda

[center]Regional[/center]

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə gərginlik yenidən pik həddə çatıb.

31 oktyabr 2025-ci il tarixində dərsə gələn müəllimə Mətanət Hüseynovaya fiziki və psixoloji təzyiq göstərildiyi bildirilir. Şahid ifadələrinə görə, bu əməlin yenə də Tərlan Qayıbova tərəfindən törədildiyi iddia olunur və bu barədə hüquq-mühafizə orqanlarına rəsmi şikayət də edilib.

Hadisə zamanı səhhəti pisləşən Mətanət xanım təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına aparılıb.

Mənbələrin məlumatına görə, hadisədən dərhal sonra Tərlan Qayıbova Mətanət Hüseynovanın yerləşdiyi xəstəxanaya gedib.

Lakin onun oraya Sevda Qarayevayla deyil, yaxın çevrəsindən olan Ədalət adlı müəllimə ilə birlikdə getdiyi müəyyən edilib.

İddialara əsasən, Tərlan Qayıbova və Ədalət müəllimə xəstəxanada Mətanət Hüseynovanın oradan çıxarılmasına hədə-qorxu yolu ilə çalışıblar.

Eyni zamanda, Sevda Qarayevanın adı hadisə ilə bağlı yalançı şahidlikdə hallanır.

Kollec əməkdaşları bildirirlər ki, Sevda Qarayeva Tərlan Qayıbovanın “qoruyucu mələyi” rolunda çıxış edərək onun hər addımını müdafiə edir və rəhbərlikdəki təsirini möhkəmləndirməyə çalışır.

Sosial mediada yayılan “Hakuşka” videosunun müəllifinin Ədalət müəllimə olduğu artıq dəqiqləşib.

Videoda Ədalət müəllimə zarafatvari şəkildə “Hakuşka” ifadələri işlədir və bu görüntü kollecdə müəllimlər arasında narazılıq yaradıb.

Müəllimlər bildirirlər ki, bu cür davranış təhsil ocağının adına yaraşmır və ciddi peşə etikasının pozulması kimi qiymətləndirilməlidir.

Kollecdə əsas narazılıqlardan biri dərs saatlarının azaldılması və bəzi müəllimlərin sıxışdırılmasıdır.

19 sentyabr 2025-ci il tarixində “Instrumental ifaçılıq (fortepiano)” ixtisası üzrə “ali təhsilli müəllim” axtarışı ilə bağlı vakansiya elanı yayımlanıb.

Halbuki kollecdə artıq kifayət qədər ali təhsilli müəllimlər mövcuddur. Bu da iddialara görə, mövcud müəllimlərin dərs yükünün azaldılması və təzyiqə məruz qoyulması üçün süni vasitə kimi istifadə olunub.

Bəzi müəllimlərə 500 saatdan artıq dərs yükü verildiyi, digərlərinə isə ayda cəmi 178 manat əməkhaqqı ödənildiyi bildirilir.

Prezidentin sərəncamı ilə minimal əməkhaqqı 400 manat olsa da, müəllimlər iddia edir ki, Xoşqədəm Xudiyeva, Tərlan Qayıbova və Sevda Qarayeva tərəfindən əməkhaqları 232 manatdan yuxarı qaldırılmır.

Etiraz edənlərə isə “bəyənməyənlərə qapı göstərilir” cavabı verilir.

Müəllimlərin etirazlarından dərhal sonra vakansiya elanı sosial şəbəkələrdən silinib.

Bu addım “qanunsuzluğun gizlədilməsinə cəhd” kimi qiymətləndirilir.

Mənbələr bildirir ki, kollecin rəhbəri Xoşqədəm Xudiyeva, Tərlan Qayıbovanın əməllərinə göz yumur, çünki onun “öz gizli işlərinin şahidi” olduğu deyilir.

Eyni zamanda, Qayıbovanın müəllimlərdən pul tələb etməsi və bu tələbləri Xoşqədəm Xudiyevanın adından irəli sürməsi barədə də iddialar var.

Hazırda kollecdə kütləvi narazılıq artmaqdadır, lakin rəhbərlik daxili araşdırma aparmaqdan imtina edir. Müəllimlər bunu Xoşqədəm Xudiyevanın “özünü və komandasını qoruma cəhdi” kimi qiymətləndirirlər.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.Bakunews.az

Seçilən
42
yenisoz.az

1Mənbələr