AZ

Çaytikanı qocalmanı ləngidir, xərçəng riskini azaldır – ARAŞDIRMA

Çaytikanı qocalmanı ləngidir və sağlamlığı qoruyur.

İnterpress.az xəbər verir ki, bunnla bağlı  alimlər araşdırma aparıb.

Mütəxəssislərin fikrincə, çaytikanı (oblepixa) orqanizmin sağlam qalması üçün əsl “təbii aptek” hesab olunur.

Bitkinin tərkibindəki vitamin və antioksidantlar qocalmanı ləngidir, xərçəng, ürək-damar xəstəlikləri və diabet riskini azaldır.

Alimlər çaytikanını “Sibir möcüzəsi” adlandırır və bildirirlər ki, bu bitki ömrü uzatmaq gücünə malikdir.

Onun tərkibindəki vitamin kompleksi dəri, damar və immun sistemini dəstəkləyir, iltihabları azaldır və bədənin xəstəliklərlə mübarizəsinə kömək edir.

Ən maraqlısı isə odur ki, bu “enerji bombası” gündəlik həyatda da geniş istifadə olunur: çaytikanından hazırlanmış şirələr, yağlar, şampunlar və dəri kremləri artıq hər yerdə tapmaq mümkündür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
62
interpress.az

1Mənbələr