AZ

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 20 nəfərə çatıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 noyabr, AZƏRTAC

Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, daha 320 nəfər yaralanıb.

ABŞ Geoloji Xidməti Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələ baş verdiyini bildirib. Yeraltı təkanların episentri təxminən 523 min nəfərin yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
azertag.az

3Mənbələr