ain.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp nüvə dövlətlərinin yerin dərinliklərində sınaqlar keçirdiyini iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, bu partlayışlar yerin səthində yalnız zəif titrəyiş kimi hiss olunur.
"Onlar insanların nə baş verdiyini bilməməsi üçün yerin dərinliklərində sınaqlar keçirirlər. Yalnız kiçik bir titrəyiş hiss olunur", - ABŞ lideri izah edib.
Prezident həmçinin qeyd edib ki, ABŞ öz nüvə sınaqlarını davam etdirəcək.
"Siz nüvə silahı düzəldir, sonra onu sınaqdan keçirmirsinizsə, onun işlədiyini necə biləcəksiniz?", - deyə Tramp soruşub.
Konkret sübutlar gətirməsə də, Tramp əmindir ki, belə sınaqları Rusiya, Çin və Şimali Koreya keçirir. Bununla yanaşı o, vurğulayıb ki, ən yaxşı nüvə silahı məhz ABŞ-dədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.