AZ

Əfqanıstanda baş verən zəlzələ Göy Məscidi qisməndağıdıb

Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən məşhur Göy Məscid (Ravza-ye-Şərif) zəlzələ nəticəsində qismən dağılıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məscidin təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, dünən baş verən yeraltı təkanlar nəticəsində türbənin xarici fasadının bəzi hissələri, o cümlədən kafel örtükləri və minarələrin bir qismi uçub.

Bildirilir ki, məbədin günbəzi və əsas sütunları zərər görməyib və bütövlüyünü qoruyub.

Göy Məscid Əfqanıstanın ən qədim və yaxşı qorunub saxlanılmış tarixi abidələrindən biridir. Məlumata görə, bu, müasir bərpa işlərinin sayəsində mümkün olub. Məsciddə “Əli-Allahın aslanı” yazılmış mərmər lövhə bu günə qədər qorunub saxlanır.

Zəlzələ nəticəsində 300-dən çox insan yaralanıb, 20 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, təkanların maqnitudası 6,3 olub və episentri Əfqanıstanın mərkəzi hissəsində yerləşib.

Hazırda xilasetmə xidməti dağıntılar altında qalanları axtarır və zərərçəkənlərin sayını dəqiqləşdirir.

Nuriyyə NATİQQIZI

 

Seçilən
65
redaktor.az

1Mənbələr