AZ

51 ildən sonra bacardılar: Çəkisi bir tondan yuxarıdır

İngiltərənin Hempşir şəhərində 1278 kiloqramlıq balqabaq Ginnesin Rekordlar Kitabına düşüb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 64 yaşlı əkiz qardaşlar İan və Stüart Paton tərəfindən yetişdirilən balqabağa "dünyanın ən ağır balqabağı" titulu verilib.

Qardaşlar isə rekord qıran balqabağa "Harri Potter" romanına istinad edən "Maql" adını veriblər.

Əkizlərin sözlərinə görə, onlar 51 ildir bu işlə məşğuldurlar, lakin ilk dəfədir dünyanın ən ağır balqabağını yetişdirməyə nail olublar.

Seçilən
16
publika.az

1Mənbələr