AZ

Vuçiçin tərəfdarları ilə əleyhdarları toqquşub VİDEO

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az Serbiya televiziyasına istinadən xəbər verir ki, prezident Aleksandr Vuçiçin əleyhdarları onu təhqir edir, tərəfdarları isə dövlət başçısını dəstəkləyən şüarlar səsləndirirlər. Onlar arasında fişənglər və plastik butulkaların iştirakı ilə qısa müddət ərzində qarşıdurma baş verib. Parlament binasını əhatə edən əraziyə qalxan və dəbilqə ilə təchiz olunmuş xüsusi təyinatlı polis bölmələri gəlib.

Serbiya hökuməti buraxıldı

Noyabrın 1-də Serbiyanın Novi Sad şəhərində qatar stansiyasında yaşanmış faciəsinin ildönümü ilə bağlı tədbirə təxminən 39 min insanın toplaşdığı bildirilir. Bundan əvvəl Serbiyada bütün dəmir yolu hərəkəti terror təhlükəsi səbəbindən dayandırılmışdı. Xatırladaq ki, 2024-cü il noyabrın 1-də bu stansiyadakı örtünün uçması ilə bağlı ölkədə baş qaldıran etiraz dalğaları fonunda bu ilin martında Serbiya hökuməti istefa vermək məcburiyyətində qaldı. Bu il avqustun ortalarında isə Serbiya şəhərlərində yenidən tələbə və müxalifətin etirazlarının artması, iştirakçıların yolları bağlamasına və polislə toqquşması qeydə alındı.

Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azvision.az

1Mənbələr