AZ

Məşhur qəhvə brendində təhlükəli tərkib: Satışı qadağan edildi

Müəllif:Mehin Qasımova,Banco.az

Braziliyanın Milli Sağlamlığa Nəzarət Agentliyi (ANVISA) “Cafellow” şirkətinin “Fellow Criativo” adlı toz qəhvəsinə hərtərəfli qadağa qoyub.

Banco.az xəbər verir ki, qadağa məhsulun istehsalı, satışı, yayılması, reklamı və istifadəsini əhatə edir.

Qərara səbəb məhsulun tərkibində təhlükəsizlik təsdiqi olmayan Agaricus Bisporus (göbələk ekstraktı) aşkar olunması olub. ANVISA bildirib ki, bu tərkib hələlik qida məhsullarında istifadəyə elmi cəhətdən qiymətləndirilməyib və təsdiqlənməyib.

Şirkət məhsulu bazardan geri çağırıb və istehlakçılara ciddi xəbərdarlıq edilib. Bundan əlavə, qəhvə markasının tanıtım fəaliyyətlərində “insulini idarə etmək” və “xolesterolu azaltmaq” kimi elmi əsaslara zidd iddialar səsləndirdiyi müəyyən olunub.

Nəticədə, “Fellow Criativo” qəhvəsinin satışı qadağan edilib və məhsulun dərhal bazardan çıxarılmasına qərar verilib.

Seçilən
16
1
banco.az

2Mənbələr