AZ

"Real Madrid" Arda Gülərə görə "Fənərbağça"ya əlavə ödəniş edəcək

BAKI, 3 noyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubu futbolçusu Arda Gülərə görə Türkiyənin "Fənərbağça" klubuna əlavə ödəniş edəcək.

Teleqraf "Diario AS"a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "kral klubu"nun heyətində 75-ci matçını keçirdiyi üçün keçmiş komandasına 2 milyon avro qazandırıb.

20 yaşlı oyunçu buna La Liqanın XI turunda "Valensiya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda iştirak etməklə nail olub.

Qeyd edək ki, Arda Gülər 2023-cü ilin iyul ayında "Fənərbağça"dan "Real Madrid"ə keçib. Madrid təmsilçisi onun üçün ümumilikdə 26 milyon avro ödəyib. Gülər klubun heyətində keçirdiyi 75 oyunda 15 qol vurub və 17 məhsuldar ötürmə edib.

Seçilən
42
teleqraf.com

1Mənbələr