AZ

Sabahdan parlamentdə büdcə müzakirələri başlayır

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Noyabrın 4-dən etibarən 2026-cı ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, noyabrın 4-də büdcə zərfi ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə ediləcək.

Noyabrın 5-də isə sənəd İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunacaq. Növbəti günlərdə büdcə layihəsinə digər komitələrdə baxılacaq.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi də artıq Milli Məclisə təqdim olunub. Rəydə dövlət və icmal büdcələrinin gəlir və xərcləri üzrə əsas meyarlara dair təhlillər, eləcə də maliyyə intizamının gücləndirilməsi ilə bağlı tövsiyələr əksini tapıb.

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.    

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
modern.az

4Mənbələr