AZ

Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidlər dindirilib

Bakı.Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəşahidlər dindirilib.

Şahid qismində dindirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşıMənsur Atakişiyev
bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

“Mən hadisəyədək mərkəzdə olmamışam, 2023-cü ildə əmrim çıxıb.2024-cü ilin yanvarında işə getmişə. Qısa zaman sonra hadisə başverib. İş yoldaşım mənə zəng edib məlumat verib. Mən gedəndə artıqyanğınsöndürənlər yanğını söndürürdülər”.

Şahid qeyd edib ki, mərkəzdə yoxlama və təlim keçirməyib.

Prosesdə ifadə verən yanğın üzrə ekspert Tural Süleymanovbildirib ki, hadisə baş verən mərtəbədə yanğın təhlükəsizliyindəproblem olub.

“Oradan nümunələr götürülüb. Nümunələr elektrik naqillərindən,yanaraq kömürləşmiş uzadıcılardan, cihazlardan, küveyzdəngötürülüb.

Mən ilkin baxış zamanı bir mütəxxəssis kimi yanğının başverməsəbəbini bildirmişəm. Yanğın baş verən otaqlarla yanaşı qonşuotaqlara da baxış keçirərək nümunə götürmüşəm. Mərkəzdə olansiqnalizasiyalar, yanğınsöndürənsu kranlarının, su şırnakıarıişləsəydi yanğının qarşısını daha tez bir zamanda almaq olardı vəfəsadlar bu qədər çox olmazdı”.

Proses 15 dekabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğıntəhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çoxşəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və dahaçox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işibaşlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaqidarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiyavə intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiyabölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermişyanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb,müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyanvurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdəMərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbitəminat resursları və potensialını nəzərə almadan xəstə qəbulusayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektriktəsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslışübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "RespublikaPerinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqamHacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Seçilən
22
az.trend.az

1Mənbələr