AZ

Donald Tramp şahzadə Endryü ilə bağlı vəziyyəti kral ailəsi üçün “dəhşətli” adlandırıb

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryünün şahzadə titulundan uzaqlaşdırılmasını “dəhşətli” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Virciniya şəhərində jurnalistlərə bildirib.

“(Kral ailəsi ilə bağlı) baş verənlər dəhşətlidir. Bu, faciəvi bir vəziyyətdir, çox pisdir. Ailəyə yazığım gəlir”, - Amerika lideri qeyd edib.

Böyük Britaniya kralı oktyabrın 30-da 65 yaşlı Endryünün ABŞ-də seksual cinayətlərə görə məhkum edilmiş maliyyəçi Cefri Epşteyn ilə əlaqələri səbəbilə artan ictimai qınaq fonunda qardaşını kral ailəsinin titullarından məhrum etdiyini açıqlamışdı.

Kralın kiçik qardaşı Endryü 1982-ci ildə Folklend müharibəsində Kral Hərbi Dəniz Qüvvələrinin helikopter pilotu kimi iştirak edib, 22 illik xidmətdən sonra 2001-ci ildə ordudan təqaüdə çıxmışdı.

Keçmiş şahzadə dəfələrlə milyarder Cefri Epşteyn tərəfindən istismar edilən Virciniya Syuffrla əlaqədə olmasını inkar edib. Amma Syuffrun ötən ilin aprel ayında intiharından sonra dərc edilən xatirələrində yeni təfərrüatlar üzə çıxdıqdan sonra kral Endryü bütün titullarından məhrum olunub.

Seçilən
54
teleqraf.com

1Mənbələr