AZ

Vyetnamda sel və torpaq sürüşməsi: 36 ölü

Vyetnamın mərkəzi bölgələrində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri 36 nəfərin həyatına son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, yerli mənbələrə görə, təbii fəlakət nəticəsində 5 nəfər itkin düşüb, 60 nəfər isə yaralanıb.

Qeyd olunub ki, 120 mindən çox ev su altında qalıb, bəzi yollar hələ də bağlı vəziyyətdədir.

Sinoptiklər yağışların noyabrın 4-nə qədər davam edəcəyini bildiriblər.

Əli Hüseynov

Seçilən
21
bakivaxti.az

1Mənbələr