AZ

Türkiyə Qəzzaya hərbçi göndərməyə hazırlaşır

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Hurriyyet.az xəbər verir ki, Turkiye" qəzetinin məlumatına görə, Türkiyə Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə qoşulması üçün hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndislik bölmələri göndərə bilər. Qəzetin yazdığına görə, Ankaranın sülhməramlı kontingentlərin formalaşdırılmasında iştirakı məsələsi bu həftənin sonuna qədər həll edilə bilər.

Bölgədəki vəziyyəti izləmək və təhlükəsizliyi təmin etmək üçün Türkiyənin orada hərbi mövcudluğu ehtimalı da nəzərdən keçirilir. Lakin, "Türkiye" nəşrinin qeyd etdiyi kimi, əsas təhlükəsizlik rolunu, çox güman ki, Misir, Pakistan və Azərbaycandan olan qüvvələr öz üzərinə götürəcək.

Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr