AZ

Arif Rəhimzadə: AXCP və Müsavat kimi partiyaların cəmiyyətdə nüfuzu qalmayıb

BAKI, 3 noyabr. TELEQRAF

"Artıq cəmiyyətdə AXCP və Müsavat partiyası kimi təşkilatların heç bir sosial dayağı yoxdur. Fəaliyyətini yalnız sosial şəbəkələr üzərində qurmağa çalışan bu cür partiyaların tarixin arxivinə göndərilməsinin zamanı çoxdan çatıb. Bu qurumlar üzərindən manipuliyasiya etməyə çalışan şəxslər də artıq reallığı dərk etməlidir".

Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

O qeyd edib ki, az qala özlərini “5-ci kolon”un təmsilçiləri kimi aparanlar düşdükləri vəziyyəti dərk edib qərar verməlidir: “Cəmiyyətdə onların heç bir elektoratı yoxdur. Həyat da bunu göstərir. Bir partiyanın seçicisi, cəmiyyətdə nüfuzu yoxdursa, bunları gərək özləri başa düşsün. Siyasi proseslərdən uzaqlaşmaqla bağlı zamanı da özləri müəyyənləşdirməlidir. Çünki cəmiyyətlə işləyən bir qurumun sosial dayağı olmadan mövcudluğu absurddur”.

Arif Rəhimzadə hesab edir ki, artıq cəmiyyət yenilənir və müasir çağırışlara uyğun, sosial tələblərə adekvat siyasi partiyaların olması daha məqbuldur: “Bu gün Azərbaycanda insanlar arasında ciddi nüfuz qazanmış partiyalar var. Yeni Azərbaycan Partiyası və Milli Məclisdə təmsil olunan bir neçə partiya var ki, onların sosial dayaqları mövcuddur”.

Seçilən
25
teleqraf.com

1Mənbələr