AZ

Madonna 29 yaşlı sevgilisi ilə gizli nişanlanıb

Dünya şöhrətli pop ulduz Madonna özündən xeyli gənc sevgilisi 29 yaşlı futbolçu Akim Morrislə gizli nişanlanıb.

Editor.az xəbər verir ki, bu barədə məlumatı “Radar Online” nəşri yayıb.

Nəşrin yazdığına görə, cütlüyə yaxın mənbə 67 yaşlı Madonnanın və Akim Morrisin evlənməyə hazırlaşdığını təsdiqləyib. Mənbənin sözlərinə görə, gənc futbolçu məşhur müğənniyə qarşı çox diqqətli davranır və ona həm güvən, həm də rahatlıq hissi bəxş edir.

“Akim Madonna ilə hamıdan yaxşı rəftar edir. O, müğənninin həyatında sabitlik və səmimiyyət yarada bilib”, – deyə mənbə bildirib.

Hazırda cütlük toy tarixi barədə qərar verməsə də, Madonna mərasimin keçiriləcəyi məkan üzərində düşünür. Ulduzun planları arasında İtaliya, Portuqaliya və Şərqi Hemptondakı şəxsi malikanəsi kimi variantlar yer alır. Mənbə əlavə edib ki, Madonna “yalnız sevdiklərinin əhatəsində, xüsusi və sakit bir gün” keçirmək niyyətindədir.

Bundan əlavə, mənbə bildirib ki, müğənni nikah öncəsi müqavilə imzalamağı da planlaşdırır:

“Təbii ki, Madonna nikahdan əvvəl müqavilə bağlayacaq. Akim bu məsələdə tam razıdır. Onlar tanış olandan bəri bütün məxfilik şərtlərinə əməl edirlər, ona görə də ortada maraq toqquşması yoxdur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr