AZ

Malayziya yalnız müsəlman sərnişinlər üçün kruiz təklif edən ilk olkə olacaq

Kruiz sənayesi getdikcə daha çox konkret turist təbəqəsinə uyğunlaşdırılır, xüsusi təcrübə və xidmətlər təklif edir.

Herbiand.az bildirir ki, TimeOut nəşri belə bir yenilik barədə məlumat verib.

Malayziya xüsusilə, yalnız müsəlman sərnişinlərə xidmət göstərən ilk ölkə olacaq. İlk səyahət 29 noyabrda ölkənin əsas dəniz limanı olan PortKlanqdan yola düşəcək. Dəbdəbəli Piano Land laynerindəki sərnişinlərə dənizçilik ruhunu İslam qonaqpərvərliyi ilə birləşdirən bir təcrübə vəd edilir.

Qeyd edilib ki, Piano Land 10 göyərtədən ibarətdir və 880 kabinədə 1760 sərnişini qəbul edə bilir. Qonaqlara ailəvi əyləncə, mədəni proqramlar və sağlamlıq da daxil olmaqla tam xidmətlər təklif olunur.

Ümumiyyətlə, bu, standart bir kruiz olacaq, lakin müsəlman qaydalarına və ənənələrinə uyğun olaraq düzəlişlər ediləcək. Xüsusilə, sərnişinlərə təklif olunan bütün yeməklər 100% halaldır, yəni dini normalara və məhdudiyyətlərə uyğundur. Buna görə, spirtli içkilər verilməyəcək, yalnız alkoqolsuz içkilər olacaq.

Sərnişinlər həmçinin, düzgün namaz vaxtları barədə təlimatlarla təchiz olunmuş otaqlardan istifadə edə biləcəklər.

Layner Cənub-Şərqi Asiyada bir neçə fərqli marşrut üzrə üzəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
35
herbiand.az

1Mənbələr