AZ

İspaniya Kralı ilk xarici səfərini Çinə edəcək

BAKI, 3 noyabr. TELEQRAF

Çin Xarici İşlər Nazirliyi İspaniya Kralı VI Filipin noyabrın 10-13-də Çinə səfərini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.

“Çin Sədri Si Cinpinin dəvəti ilə İspaniya Kralı VI Filip noyabrın 10-dan 13-dək Çində rəsmi səfərdə olacaq”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

İspaniya Kralı səfəri çərçivəsində Çin Xalq Respublikası Dövlət Şurasının Sədri Si Cinpin və ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşəcək, ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Bu, VI Filipin xaricə ilk dövlət səfəri və İspaniya monarxının son 18 ildə Çinə ilk səfəri olacaq.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr