AZ

Fransa və Ermənistan arasında 274 milyon avroluq silah müqaviləsi imzalanıb – ÖZƏL

2023-2024-cü illərdə Ermənistan Fransiyayla ümumi dəyəri 274 milyon avrodan çox olan silah tədarükü müqavilələri imzalayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda yer alıb.

Sənəddə bildirilir ki, müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Fransiyaya müraciət edib. "Yeni avadanlıqların ixracı, birgə təlimlər və əməliyyatlar tamamilə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda yaradılmış Fransız müdafiə missiyası Ermənistan tərəfdaşları ilə daha sıx əməkdaşlıq qurmağa imkan verir," - deyə hesabatda qeyd olunub.

Qeyd edilir ki, 2022-ci ilə qədər Fransa Ermənistana silah tədarükü etmirdi, lakin 2023-2024-cü illərdə Ermənistan quru qoşunlarını təchiz etmək üçün bir sıra müqavilələr bağlanıb. Bundan əlavə, Ermənistanın müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsi də müzakirə olunur.

Fransa-Ermənistan hərbi tərəfdaşlığı çərçivəsində dağlıq şəraitdə döyüş bacarıqlarının inkişafı proqramı həyata keçirilir. Bu proqram çərçivəsində İrəvanda yerləşən Vazgen Sarkisyan adına Hərbi Akademiya Fransadakı Sen-Sir Hərbi Məktəbi (Saint-Cyr Coëtquidan) ilə əməkdaşlıq edir.

Hesabatda həmçinin qeyd olunur ki, Fransa Ermənistana Caesar tipli özüyeriyən haubitsalar, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr